G7 ölkələri və Avropa İttifaqının Ali Nümayəndәliyi birgə bəyanat yayıb

G7 ölkələri və Avropa İttifaqının Ali Nümayəndәliyi birgə bəyanat yayıb

G7 ölkələri və Avropa İttifaqının Ali Nümayəndәliyi Rusiyanın yüksək enerji qiymətlərindən böyük gəlir əldə etməsinin qarşısını almaq üçün bütün variantların qiymətləndirildiyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, G7 ölkələrinin xarici işlər nazirləri ilə Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi arasında baş tutan görüşdәn sonra bәyanat verilib.

İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən verilәn birgә bәyanatda bu ifadәlәrә yer verilib: “Rusiyanın dəniz yolu ilə daşınan xam neft və neft məhsullarının beynəlxalq tərəfdaşlarla razılaşdırılacaq qiymətə və ya ondan aşağı qiymətə alınmadığı təqdirdə, qlobal miqyasda daşınmasına imkan verən bütün xidmətlərə hərtərəfli qadağa qoyulmasını nəzərdən keçiririk. Bu və digər variantları qiymətləndirərkən, ən həssas və ən çox təsirlənən ölkələrin Rusiya da daxil olmaqla enerji bazarlarına çıxışını təmin etmək üçün məhdudlaşdırıcı tədbirlərimizlə yanaşı, təsirlərin azaldılması mexanizmlərini də nəzərdən keçirəcəyik’’.

Bütün xəbərlər Facebook səhifəmizdə