Sergey Lavrov Pelosinin Tayvana səfərinə münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov myanmarlı həmkarı Vunna Maunq Lvinlə görüşdən sonra mətbuat konfransı keçirib.
Sergey Lavrov Pelosinin Tayvana səfərinə münasibət bildirib

"Bu (ABŞ) hər kəsə hər şeyin cəzasız olduğunu sübut etmək və hər şeyin edilə biləcəyini göstərmək istəyidir."

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov myanmarlı həmkarı Vunna Maunq Lvinlə görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib.

Lavrov Pelosinin Tayvana səfəri ilə bağlı bunları qeyd edib:

"Pelosinin Tayvana səfəri ABŞ-ın öz cəzasızlığını hamıya sübut etmək istəyini əks etdirir. ABŞ-ın nəyə güvəndiyini deyə bilmərəm. Lakin Vaşinqtonun Ukraynadakı xəttini davam etdirdiyinə şübhə etmirəm".

Digər tərəfdən rusiyalı nazir Rusiya ilə ABŞ arasında imzalanmış Yeni Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (Yeni START) uzadılması məsələsinə toxunaraq deyib ki, danışıqlar prosesinin bərpasına dair hər hansı tələb yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə