Pekin olanlarla bağlı Vaşinqtona cavab verəcəkmi?

Çin Tayvanın bütün məsələləri Ağ Evlə razılaşmasından şübhələnir
Pekin olanlarla bağlı Vaşinqtona cavab verəcəkmi?

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri Pekini son illərdə Tayvan ətrafında ən böyük təlimlərdən birini keçirməyə təhrik edib. Qeyd edək ki, bir neçə gün ərzində ada Çin Hərbi Dəniz Qüvvələri tərəfindən mühasirəyə alına bilər. Təlimlərin Tayvanı ələ keçirmək üçün genişmiqyaslı hərbi əməliyyata çevrilib-çevrilməyəcəyini və ya tərəflərin hələ də status-kvona qayıtmaq şansının olub-olmadığı...hələ ki, sual altındadır.

Əvvəla etiraf edilməlidir ki, Nensi Pelosi bütün dünyanın diqqətini çəkməyi bacardı, yəni bir neçə saat ərzində yüz minlərlə insan “C-40C” yəyyarəsinin uçuş yolunu izlədi.

Nə qədər maraqlı olsa da, hətta təyyarənin Çin tərəfindən vurulmaq ehtimalını istisna edənlər də yox deyildi. Amma Nensini gətirən təyyarə sağ-salamat Sunşan hava limanına endi və amerikalı siyasətçi xanım onu qarşılayan izdihamı əl ilə salamlayaraq “Grand Hyatt” otelinə yollandı.

Təbii ki, Nensi Pelosinin Çinin bütün irad və narazılıqlarına baxmayaraq Tayvana gəlməsi ilə bağlı mövqelər müxtəlif olsa da, amma ümumi rəy eynidir. Yəni Çinin ABŞ ilə münasibətləri artıq qəti şəkildə düşmənçiliyə çevrilir.

Kifayət qədər uzun müddət, hətta Trampın dövründə də Pekin ABŞ-la ən azı normal münasibətləri qoruyub saxlaya biləcəyinə və onu dünyada mövcud olan beynəlxalq əmək bölgüsünün faydalarını davam etdirməyə imkan verəcəyinə ümid edirdi. İndi belə görünür ki, Çin xarici siyasət və xarici iqtisadi fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməli olacaq. Belə ki, diqqəti ABŞ və onun NATO tərəfdaşlarını dəstəkləməyən ölkələrlə daha fəal əməkdaşlığa yönəldəcək. O cümlədən Rusiya Federasiyası, ŞƏT, eləcə də onların obyektiv və ən yaxın müttəfiqləri adlandırdıqları ölkələrlə əməkdaşlığa yönəldəcək.

Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bu fikirləri Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vasili Kaşinin bildirib.

Onu da bildirək ki, rusiyalı mərkəz direktorunun sözlərinə görə,.. daha status-kvoya qayıtmaq bundan sonra heç bir işə yaramayacaq. Çünki, vəziyyət dönməz şəkildə dəyişdi. Belə ki, Vaşinqton bir tərəfdən Pelosinin müstəqilliyini vurğulasa da, digər tərəfdən açıq-aşkar qınama olmadı. Çin də məhz bundan çıxış edərək Tayvanın bütün məsələləri Ağ Evlə razılaşmasından şübhələnir

O da maraqlıdır ki, Kaşin Pekinin olanlarla bağlı Vaşinqtona layiqli cavab vermək istəyəcəyini də istisna etmir.

“...Pekinin bu gün məsələni həll etmək üçün hərbi varianta məcbur etməyə ehtiyacı yoxdur. Onun ən azı daha bir il vaxtı var. Və orada hər şey beynəlxalq vəziyyətin gələcək inkişafından asılı olacaq. Təbii ki, ABŞ-ın Çinlə münasibətləri gərginləşdirmək xəttini davam etdirməyə nə qədər hazır olduğu məhz bu dövrdə məlum olacaq.”

Qeyd edin ki, bunu başqa bir rusiyalı ekspert Andrey Vinoqradov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə