Livan Parlamenti Türkiyəyə tibbi ləvazimat və dərman yardımlarına görə təşəkkür edib.
Səhiyyə Komissiyasının sədri Bilal Abdullah sosial media hesabında verdiyi açıqlamada Türkiyənin dünən Livan Səhiyyə Nazirliyinə çatdırdığı tibbi yardımlara toxunub. Livandakı xəstələrin istifadəsi üçün göndərilən 90 ton tibbi ləvazimat və dərmanın ölkəsinin sağlamlıq təhlükəsizliyinə mühüm töhfə verəcəyini bildirib və Türkiyəyə təşəkkür edib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyədən göndərilən 90 ton tibbi ləvazimat və dərman dünən Livan Səhiyyə Nazirliyinin rəsmilərinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB