Çinin sərt etirazına səbəb olan Pelosinin Tayvan səfəri başa çatıb

Rəsmi Pekin müvafiq cavab tədbirləri görəcəyini bildirib
Çinin sərt etirazına səbəb olan Pelosinin Tayvan səfəri başa çatıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin rəsmi Pekinin sərt etirazına səbəb olan Tayvan səfəri başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, N.Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti Tayvandan Asiya turu çərçivəsində Cənubi Koreyaya yola düşüb.

Nensi Pelosi Tayvan hökumət başçısı Tsay İn-ven ilə görüşüb və mətbuat konfransı keçirib. Görüş yerli telekanallar vasitəsi ilə canlı yayımlanıb.

Tsay İn-ven Nensi Pelosini Tayvanla əməkdaşlığa dəstəyinə görə xüsusi dövlət mükafatı ilə təltif edib və onu Tayvanın əsl dostu adlandırıb.

Qeyd edək ki, bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin özünü müstəqil dövlət kimi qələmə verən, amma BMT də daxil olmaqla beynəlxalq ictimaiyyətin Çin Xalq Respublikasının ərazisi kimi tanıdığı Tayvan adasına 1997-ci ildən sonra ilk səfəridir.

Rəsmi Pekin müvafiq cavab tədbirləri görəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə