İslandiyada maqma yer səthinə çıxdı

İslandiyada maqma yer səthinə çıxdı

İslandiyanın Reykjanes yarımadasında vulkanik fəaliyyət başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, maqma yerin çatından səthə çıxıb. Yerli mətbuatın canlı yayımladığı kadrlarda yerdəki çatdan lava və tüstünün püskürdüyü görünür. Reykjanes yarımadası paytaxt Reykyavikin cənub-qərbində vulkanik və seysmik qaynar nöqtə kimi tanınır. Maqmanın səthə çıxdığı bölgənin keçən il 6 ay ərzində lava və tüstü püskürən Faqradalsfyal dağının yaxınlığında olduğu bildirilib. Partlayış səbəbindən əraziyə minlərlə islandiyalı və turist gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə