Yaponiyada sel fəlakəti baş verib

Yaponiyada sel fəlakəti baş verib

Yaponiyada təsirli olan şiddətli yağışlar səbəbiylə bir çox bölgədə daşqın və torpaq sürüşməsi yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, daşqın səbəbilə bəzi sürətli qatarların hərəkəti də dayandırılıb.

Yaponiyanın qərb bölgələri rekord temperaturla mübarizə apararkən, ölkənin şimal-şərqinə güclü yağışlar yağıb. Aomori, İvate və Akita ştatlarında bu gündən etibarən yağan leysan yağışları səbəbindən bölgədəki bir çox çayda suyun səviyyəsi kritik səviyyəyə yüksəlib. Bəzi çaylarda daşqınlar baş versə də, yaşanan sürüşmə quruda nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə