Türkiyənin terrora qarşı mübarizəsi ölkə daxilində və xaricdə davam edir

Türkiyə silahlı qüvvələrinin başlatdığı əməliyyat nəticəsində Siirt vilayətində iki, Suriyada isə daha 5 terrorçu zərərsizləşdirilib.
Türkiyənin terrora qarşı mübarizəsi ölkə daxilində və xaricdə davam edir

Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, “Eren Abluka-27” əməliyyatı çərçivəsində Siirtin Pervari rayonunun yaxınında separatçı təşkilatın 2 üzvü zərərsizləşdirilib. Ərazidə əməliyyatlar davam edir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən yayılan bəyanatda isə bildirilib ki, Türk silahlı qüvvəlirinin Suriyada həyata keçirdikləri Fərat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənmiş əraziyə hücuma cəhd edən PKK/YPG üzvü 5 terrorçu zərərləşdirilib. Terrorçulara xain planlarını həyata keçirmələrinə icazə vermirik. Onları müəyyənləşdirdiyimiz yerdə dərhal zərərsizləşdiririk. Terrora qarşı mübarizəmiz əzmlə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə