Yəməndə atəşkəs daha 2 ay uzadılıb

Yəməndə atəşkəs daha 2 ay uzadılıb

Yəməndəki münaqişə tərəfləri atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib.

Onun sözlərinə görə, atəşkəsi 2 oktyabr 2022-ci il tarixinədək uzadılıb.

Qrundberq vurğulayıb ki, razılaşma atəşkəsin bitməsinə bir neçə saat qalmış əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə