Britaniya Fridmanın keçmiş həyat yoldaşına qarşı sanksiyaları ləğv edir
Britaniya hakimiyyəti “Alfa Group”un yaradıcısı Mixail Fridmanın keçmiş həyat yoldaşı Olqa Aizimanı sanksiyalar siyahısından çıxarmaq qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, RBC Britaniya hökumətlərinin dərc etdiyi sənədə istinadən xəbər verir.
Aprelin 13-də Aizimana tətbiq edilən məhdudiyyətlər avqustun 3-dən qüvvəsini dayandıracaq: sənəddə deyilir ki, onun aktivləri artıq dondurula bilməz.
Qeyd edək ki, Aiziman hələ də Avropa Birliyinin sanksiyaları altındadır. Bundan əlavə, Kanada Aiziman və Fridmanın qızları Yekaterina və Larisaya qarşı da sanksiyalar tətbiq edib. Britaniyada yaşayan iş adamının özü də Böyük Britaniya, Avropa İttifaqının və Kanadanın məhdudiyyətlərinə məruz qalır. Mayın sonunda o, Lüksemburqdakı Avropa Ədalət Məhkəməsində Avropa İttifaqı Şurasına qarşı sanksiyaların ləğvini tələb edərək iddia qaldırıb.
Xatırladaq ki, bir qədər əvvəl Avropa İttifaqının Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar ayrı-ayrı ruslara qarşı tətbiq etdiyi sanksiyaların ləğvi imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB