Pelosinin Tayvana səfəri Çinlə bağlı siyasətimizə zidd deyil

Pelosinin Tayvana səfəri Çinlə bağlı siyasətimizə zidd deyil

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqtonun Çinin ərazi bütövlüyünə sadiqliyinə zidd deyil.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O vurğulayıb ki, Vaşinqton spikerin səfərini izləyir və Pelosinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüb.

“Açıq deyim: spikerin səfəri bizim çoxillik Çin siyasətimizə tamamilə uyğundur. Biz açıq şəkildə bildirdik ki, vahid Çin siyasətimizdə heç bir dəyişiklik yoxdur”, - deyə Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tayvanla bağlı vəziyyətdə status-kvonun birtərəfli dəyişməsinə qarşıdır.

Kirbi, deyib ki, biz Tayvanın müstəqilliyini dəstəkləmədiyimizi bildirdik. Tayvan boğazının hər iki tərəfindəki fikir ayrılıqlarının sülh yolu ilə həllini gözləyirik deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə