"...Türkiyə mənşəli malların idxalına qoyulan embarqonun ləğvindən sonra, 2022-ci ilin ilk dörd ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə Türkiyənin Ermənistan bazarına ixracı təxminən 4 dəfə artaraq 14 milyon dollardan 59 milyon dollara yüksəlib. O cümlədən 2021-ci ildə qadağan olunmuş malların idxalı təxminən 9 dəfə artaraq 3,2 milyon dollardan 28,5 milyon dollara yüksəlib”.
Bunu erməni saytları yazıb və... etiraf edirlər.
Amma belə görünür ki, bu onları heç də qane etmir. Yəni Türkiyə mallarının Ermənistana gətirilib burada populyarlıq qazanması ermənilərin elə də ürəyincə deyil.
Məsələn, ermənilərin “ACSES” Analitik Mərkəzinin rəhbəri Haykaz Fanyanın şəxsi “Facebook” səhifəsində “qan ağlayaraq” erməni işbazlarının hələ də Türkiyə mallarına alternativ tapa bilmədiklərinə təəssüf etdiyini gizlətmir: “...bu o deməkdir ki, erməni biznesi sərfəli alternativ tapmayıb. Nəticədə Türkiyədən idxal biznes baxımından sərfəli olmaqda davam edirlər”.
Etiraf edilməlidir ki, bu gün Haykaz Fanyanın yazdığı bu fikirlərə ermənilər arasında dəstək verənlər elə də azlıq təşkil etmirlər.
Yeri gəlmişkən xatıarladaq ki, ermənilər Türkiyə mallarının idxalına 2020-ci ilin payızında qadağa qoymuşdular. Bəhanələri də bu idi ki, Türkiyə Qarabağda gedən müharibə zamanı Azərbaycana böyük hərbi dəstək göstərib. Beləliklə, embarqo 2020-ci ilin 31 dekabrında qüvvəyə minib və iyulun 1-dək davam etdi.
Əslində, erməni rəhbərliyi türk mallarının “rəsmi olaraq” ölkəyə gətirilməsinə embarqo qoysa da, amma erməni bazarlarında ən çox satılan qeyri-rəsmi yolla ölkəyə gətirilən Türkiyə malları idi. Belə ki, ermənilərin leqal yolla ölkəyə gətirdikləri nə rus, nə də Çin malları qeyri-leqal yolla Ermənistana gətirilən Türkiyə malları ilə rəqabət apara bilmirdilər.
Təbii ki, bunu erməni iş adamları ilə yanaşı , erməni rəsmiləri də yaxşı görürdülər. Amma embarqonu ləğv etmək üçün “əsas tapa bilmirdilər”.
Lakin ermənilər tezliklə buna da çarə tapdılar.
Belə ki, Ermənistan hökuməti öz qərarını “qiymətlərin artmasına səbəb olması” ilə əsaslandıraraq 2022-ci il yanvarın 1-dən etibarən embarqonu ləğv etdi.
Maraqlıdır ki, sonradan, yəni 2022-ci ilin əvvəlində Ermənistan Respublikasının Mərkəzi Bankı statistik məlumatları öyrənərək belə nəticəyə gəlib ki, 2021-ci ildə, yəni embarqo dövründə ölkəyə idxal olunan ayaqqabı və geyimlərin qiyməti 3,2, elektrik məişət texnikası - 0,8, yuyucu vasitələr - 3,4, meyvələr - 5,2, tərəvəzlər 6, sabun - 6,6, mebel - 0,8 faiz bahalaşıb.
...Və təbii ki, Ermənistan Türkiyə mallarına qarşı tətbiq etdikləri embarqonun aradan qaldırılması ən çox ermənilər üçün müsbət hal kimi dəyərləndirilməlidir. Maraqlıdır, bəs belə olan halda, niyə ermənilər erməni bazarlarında Türkiyə mallarına alternativ axtarırlar?
Qeyd edək ki, bunun erməni düşmənçiliyi olduğu...haradasa başadüşüləndir.
Amma Türkiyə mallarının erməni bazarlarına böyük nüfuz etdiyini indi onlar başqa yerə yozmğa başlayıblar.
Belə ki, bu gün bir çox erməni ekspertlər Türkiyənin iqtisadi ekspansiyasının tezliklə Ermənistn üçün qaçılmaz olduğunu və yerli, yəni erməni istehsalının məhv edilməsi təhlükəsini bəyan edərək, hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə quru sərhədinin açılması ilə bağlı xəbərdar ediblər(?).
Erməni ekspertlərin fikrincə, bu gün müvafiq dövlət dəstəyi alətləri tətbiq edilmədən Ermənistanın Türkiyə bazarına qapılar açmaqla ölkənin milli iqtisadiyyatının bir sıra sahələrini tamamilə itirmək riski ilə üzləşir...
Yeri gəlmişkən bildirək ki, iqtisadi ekspansiya, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin iqtisadi, sosial, siyasi və mədəni işlərinə qarışması kimi təqdim edilir.
Bax, erməniləri də qorxudan məhz Türkiyənin ermənilərin bu sahədəki işlərinə qarışması...və bəlkə də “ələ alması” ehtimalıdır...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB