Küveytdə yeni hökumət formalaşdırıldı

Küveytdə yeni hökumət Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın rəhbərliyində quruldu.
Küveytdə yeni hökumət formalaşdırıldı

SİA xəbər verir ki,TRT-nin Küveytin rəsmi xəbər agentliyi KUNA-ya istinad etdiyi xəbərə görə vəliəhd şahzadə Meşal əl-Əhməd əs-Sabah Əmirliyin yeni hökumətinin formalaşdırılmasına dair imzaladığı fərman çərçivəsində Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın rəhbərliyi ilə formalaşdırılan yeni kabinet 12 nazirdən ibarətdir.

Məlumata görə mədəniyyət naziri istisna olmaqla sabiq hökumətdəki 11 nazir yeni kabinetdəki mövqeylərini qoruyublar.

Qeyd edik ki yeni hökumət başçısı Şeyx Əhməd Nəvaf daha əvvəl baş nazirin müavini və daxili işlər naziri vəzifələrini icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə