Ukrayna Prezident Aparatı saytından yayılan qərara əsasən...
Ukrayna prezidenti Volodimir Zelenski "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçməsi haqqında əsasnamə"yə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Prezident Aparatı saytından yayılan qərara əsasən, Ukrayna ordusunda xidmət edən xarici əsgərlərin müqavilə müddəti 10 ilə qədər uzadıla biləcək.
Qeyd edək ki, Ukrayna ordusunda xidmət edən əcnəbi hərbi qulluqçuların müqavilə müddəti bundan əvvəl 5 ilə qədər uzadılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB