Adətən rus saytları belə materialları məmnuniyyətlə tirajlayırlar...
Beləliklə, rus saytlarının yazdığına görə, bir müddət bundan əvvəl verdiyi sözə “naxələf” çıxan İspaniya hakimiyyəti guya Ukraynaya “Leopard” tankları göndərmək barədə fikirlərini dəyişib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əgər bu həyata keçirilsəydi, bunlar Kiyevə göndərilən ilk Qərb istehsalı olan tanklar ola bilərdi.
“El Mundo”nun məlumatına görə, İspaniyanın müdafiə naziri Marqarita Robles vəd edilmiş on tankın “tamamilə acınacaqlı vəziyyətdə” və istifadəyə yararsız olduğunu bildirib.
Nazir onu da qeyd edib ki, ölkəsi “Ukraynaya kömək etmək üçün bütün imkanları nəzərdən keçirir”, lakin “Leopard” uzun illərdir ki, boş qalıb və indi onlardan istifadə insanlar üçün risklər daşıyır.
Qeyd edək ki, hələ iyun ayında İspaniyanın Ukraynaya ağır silahlar və tanklar, o cümlədən 1995-ci ildə Madridə satılan Alman “Leopard”ları tədarük edəcəyi bildirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB