Tayvan ordusu Çin təlimlərinə cavab olaraq hərbi tədbirləri gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya səfəri çərçivəsində Tayvana səfər edəcəyi xəbərindən sonra Çin və Tayvan arasında gərginlik artmaqda davam edir. Tayvana ən yaxın nöqtələrdən biri olan Fuzhou əyalətində hərbi təlimlər keçirməyə başlayan Çin ordusuna cavab olaraq, Tayvan tərəfi bu gündən etibarən Çindən gələn qəfil hücuma qarşı hərbi təhlükəsizlik tədbirlərini artırıb.
Tayvanın iki mərhələli hərbi xəbərdarlıq sistemi çərçivəsində döyüş hazırlığının hazırda "normal hazırlıq" səviyyəsində olduğu və hələ də "fövqəladə vəziyyətə hazırlıq" səviyyəsinə yüksəldilmədiyi öyrənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB