Kinostudiyada yanğın baş verib - FOTOLAR

Kinostudiyada yanğın baş verib - FOTOLAR

İtaliyanın paytaxtı Romada dünyaca məşhur “Cinecitta” kinostudiyasında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğında birdən çox film setinin yandığı bildirilib. Bir neçə çəkiliş studiyasının yararsız hala düşdüyü bildirilib. Tələfat və xəsarət alanlar barədə məlumat verilməsə də, yanğın nəzarət altına alınıb.

Qeyd edək ki, faşist dövründə İtaliya kino sənayesini dirçəltmək planının bir hissəsi kimi tikilmiş Cinecitta kinostudiyasını İtaliya kinosunun mərkəzi hesab edirlər. İndiyədək Cinecitta-da 3000-dən çox film çəkilib, çəkilən 90 film Oskar mükafatına namizəd olub və 47 film mükafata layiq görülüb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə