Macarıstanın baş naziri Viktor Orban Brüssel in Budapeştin "bossu"olmadığıı deyib. Onun sözlərinə görə, Avropa İttifaqının qərarları Macarıstana uyğun gəlmirsə, onlar qəbul edilməyəcək.
O, macarların "müstəqil suveren millət" olduğunu və birgə qərarlarda iştirak etdiyini vurğulayıb. "Əgər onlar bizə uyğun gəlmirsə, biz bunu deyəcəyik", - deyə Orban bildirib.
Macarıstan liderinin sözlərinə görə, Avropa İttifaqı səviyyəsində qəbul edilən qərar Macarıstana yaraşmazsa və onun qəbulunun qarşısı alına bilsə, o zaman “birgə qərar qəbul olunmayacaq”.
“Avropa İttifaqı Brüsseldə deyil. Avropa Birliyi Vyana, Budapeşt və Varşava, Berlin və Madriddə yerləşir. Bu çox vacib məsələdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, əvvəllər Macarıstan dəfələrlə Avropanın bir sıra təşəbbüslərinə qarşı çıxıb. Xüsusilə, Budapeşt Avropa Komissiyasının qaz istehlakını 15 faiz azaltmaq planını dəstəkləməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB