İtaliyanın paytaxtı Romadakı məşhur “Cinecitta” kinostudiyasının bir hissəsində yanğın baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın zamanı kinostudiyanın “Renessans Florensiya” və “Assisi” adlandırılan studiyaları yararsız hala düşüb, “Biri bizi izləyir” kimi tanınmış televiziya proqramının çəkildiyi bəzi studiyalara zərər dəyib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın tam nəzarət altına alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbi bilinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB