Kərkükdə DEAŞ üzvü olan 7 terrorçu yaxalanıb

İraq qüvvələrinin Kərkük şəhərinin cənubunda terror təşkilatı DEAŞ üzvlərinə qarşı başlatdığı əməliyyatda 7 terrorçu yaxalanıb.
Kərkükdə DEAŞ üzvü olan 7 terrorçu yaxalanıb

İraq qüvvələrinin Kərkük şəhərinin cənubunda terror təşkilatı DEAŞ üzvlərinə qarşı başlatdığı əməliyyatda 7 terrorçu yaxalanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən yazılı açıqlamaya görə, Kərkükün cənubunda fəaliyyət göstərən və hücuma hazırlaşan terror təşkilatı DEAŞ üzvlərinə qarşı əməliyyat keçirildiyi bildirilib.

Təhlükəsizlik qüvvələri Kərkükün Reşad rayonu yaxınlığındakı kəndə basqın edərək 7 DEAŞ üzvünü saxlayıb.

Bölgədə vaxtaşırı təhlükəsizlik qüvvələrinə hücum edən terrorçulara qarşı əməliyyatların davam etdiriləcəyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə