Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Xarkovda ABŞ istehsalı olan 2 ədəd HIMARS çoxlüləli reaktiv yaylım atəş sistemi ilə Odessa bölgəsindəki Harpoon gəmi əleyhinə raket sistemini vurulub.
Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Xarkovda ABŞ istehsalı olan 2 ədəd HIMARS çoxlüləli reaktiv yaylım atəş sistemi ilə Odessa bölgəsindəki Harpoon gəmi əleyhinə raket sistemini vurduqlarını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Konaşenkov Ukraynadakı müharibədə Rusiya ordusunun əməliyyatları ilə bağlı açıqlamalar verib.

Rusiya Hərbi Hava Qüvvələrinin Xarkov yaxınlığında 92 mexanikləşdirilmiş bölmənin və 200-ə yaxın Ukrayna ordusunun müvəqqəti yaşayış məntəqələrini yüksək dəqiqlikli silahlarla vurduğunu qeyd edən Konaşenkov Ukrayna qoşunlarının Xarkov və Zaporojye istiqamətlərində itkiləri səbəbindən bu hərbi birləşmələrdə zəifliklərin yarandığını bildirib.

Xarkovdakı Ukrayna Enerji Maşınları fabrikində ABŞ istehsalı olan 2 ədəd çoxlüləli HIMARS reaktiv yaylım atəş sistemini yüksək dəqiqlikli silahlarla məhv etdiklərini bildirən Konaşenkov həmçinin 53 xarici muzdlu döyüşçü və Ukrayna millətçi qüvvələrinin zərərsizləşdirildiyini bildirib.

Odessa vilayətinin Velikiy Dalnik qəsəbəsi yaxınlığında Amerika istehsalı olan “Harpoon” gəmi əleyhinə raket kompleksini də məhv etdiklərini qeyd edən Konaşenkov Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynanın müxtəlif yerlərində bir gündə 9 Ukrayna pilotsuz uçuş aparatını vurduğunu qeyd edib.

Konaşenkov “Ukraynaya məxsus bu günə qədər 261 təyyarə, 145 helikopter, 1659 pilotsuz uçuş aparatı, 361 hava hücumundan müdafiə raket sistemi, 4 min 215 tank və zirehli texnika, 778 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 3 min 234 haubitsa və minaatan, 4 min 621 xüsusi hərbi texnika məhv edildi" ifadələrindən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə