“Avropa əsl fırtına ilə üz-üzədir”

Borrell etiraf edib ki, Avropa İttifaqınin qeyri-rus mənbələrindən qaz almaq imkanları limitə yaxındır
“Avropa əsl fırtına ilə üz-üzədir”

Ruslar da ki, dayanmırlar. Rusiya qazını almayacaqları təqdirdə qarşıdakı sərt qışda soyuqdan donub öləcəklərinə “acıyırlar”.

“Avropa yavaş iqtisadi artımla çətin qışla üzləşəcək” yazırlar.

.. .Avropa İttifaqının qeyri-rus mənbələrindən qaz almaq imkanları həddinə yaxınlaşır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozel Borrell deyib.

Onun fikrincə, “Avropa real fırtına ilə üz-üzədir” - enerji qiymətləri yüksəlir, iqtisadi artım ləngiyir, qış isə, iraqlar olsun, qapının kəndarındadır.

O əlavə edib ki, Avropa İttifaqı ilin əvvəlindəki 40faizdən bu gün təxminən 20 faizə qədər Rusiya qazının idxal payının ümumi azalmasının öhdəsindən müəyyən dərəcədə nail olub. Bu, əsasən mayeləşdirilmiş təbii qaz alışının artması hesabına əldə edilib, onun payı iki dəfə artaraq 19 faizdən 37 faizə çatıb. Norveç, Əlcəzair və Azərbaycandan boru kəməri qazının alınması ilə artırılıb.

Bununla belə, o vurğulayıb ki, bu qış Avropa İttifaqı qeyri-rus mənbələrindən nə qədər əlavə qaz ala biləcəyi həddinə yaxınlaşır. "Beləliklə, bunun əsas hissəsi enerjiyə qənaətdən, yəni tələbatın azalmasından gəlməli olacaq”.

... Deməli, rusların qənaətinə görə, Jozel Borrellin dediklərindən belə başa düşülür ki, əgər Avropa qaz üçüm yenidən Kremlə müraciət eməsə...onda, bizdə necə deyərlər “guya... yandı qızın dədəsi...”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə