Hindistanda "meymun çiçəyi" ilə bağlı ilk ölüm hadisəsi qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkənin cənub-qərbindəki Kerala əyalətinə səyahət edən 22 yaşlı gənc dünyasını dəyişib. Kerala səhiyyə naziri Veena Corc gənclərə iyulun 19-da BƏƏ-də aparılan testin müsbət çıxdığını, lakin ailənin Səhiyyə Nazirliyinə məlumat vermədiyini deyib.
Xəstənin iyulun 27-də qızdırma və limfa düyünlərində şişkinlik şikayətləri ilə xüsusi xəstəxanaya müraciət etdiyini bildirən Corc, həkimləri "meymun çiçəyi" xəstəliyindən şübhələndirə biləcək dəri səpgiləri kimi heç bir əlamətlə rastlaşmadığını bildirib. Qısa müddətdə vəziyyəti pisləşən xəstə ölməzdən əvvəl süni nəfəs aparatına qoşulub. Ölən gəncin ölümündən sonra aparılan analizlərdə də virus aşkarlanıb. Nümunələr analiz üçün Milli Virusologiya İnstitutuna göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB