Rusiya Kosovonun Serbiyaya qarşı tələblərini əsassız hesab edir və Belqradı tam dəstəkləyir.
Təbii ki, bu elə də yenilik deyil. Ruslar hələ 2003-cü ildən tərkibində 6 respublika olan Yuqoslaviya dağılandan bəri serblərin müdafiəçisidir. Xatırlamış olarsınız, həmən ərəfədə deyək ki, Xorvatiya və ya Sloveniyadan elə də yüksək nüfuz sahibi olmayan Serbiya özlərini... bizim 15 respublikalar arasında rusların oynadığı rolu oynamaq istıyirdilər. Qeyd edək ki, həmən ərəfədə də onların əsas müdafiəçisi ruslar idilər. Hətta ruslar serblərin haqsız əmməllərini belə haqlı kimi qəbul edib onlara "dəstək olurdular"i. Təbii ki, “burunları əzilənə” qədər...
Məhz o mənada indi də Peskovun dediklərini “qəribliyə salmayın”...
Budur, “...biz Serbiyanı tamamilə dəstəkləyirik. Biz Kosovo serblərinə yaxınıq(?), hesab edirik ki, bunlar tamamilə əsassız tələblərdir”. Putinin sözçüsü deyir bunları...
Qeyd edək ki, Peskov, Serbiyanın Kollektiv Təhlükəsizlik Ölkələri Təşkilatına daxil olması məsələsinin hələ də müzakirə olunmadığını da bildirib. Belə görünür ki, hətta bununla bağlı dediklərində “narazılıq da sezilir”.
Yeri gəlmişkən, bu arada vəziyyəti şərh edən senator Vladimir Cabarov Kosovo ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanın Serbiyaya münaqişəyə girmədən yardım edəcəyini təklif edib.
Qeyd edim ki, burada mənə çatmayan “münaqişəyə girmədən” sözləridir...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB