Qadınların reklamlara çəkilməsinə qadağa qoyulub

Qadınların reklamlara çəkilməsinə qadağa qoyulub

İranda dondurma reklamında oynayan qadının görüntüləri ruhanilər tərəfindən "ictimai əxlaqa zidd" hesab edildikdən sonra qadınların reklamlara çəkilməsinə qadağa qoyulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İranda ruhanilərin qərarı ilə qadınların reklamlara çəkilməsinə qadağa qoyulub. Dünyaca məşhur dondurma brendinin reklamında baş örtüyü açıq olan qadının dondurma yeyərkən görünməsi ölkədə hiddətə səbəb olub. İranlı din xadimlərinin qəzəbinə səbəb olan reklamdan sonra hökumətdən dondurma istehsalçısını məhkəməyə verməsi tələb olunub.

Səlahiyyətlilər reklamın "ictimai əxlaqa zidd" və "qadın dəyərlərinə təhqir" olduğuna qərar verib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə