London qadağanı təxirə salır?

Bu ilin iyun ayının əvvəlində Avropa İttifaqı və Böyük Britaniya şirkətlərinə gəmiləri Rusiya nefti ilə sığortalamağı eyni vaxtda qadağan etmək barədə razılığa gəliblər, lakin Londonun ən böyük sığorta bazarı “Lloyd's”un yerləşdiyi London qadağanı təxirə salmaq qərarına gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Financial Times” yazır.

Böyük Britaniya yalnız Rusiya neftini krallığın özünə çatdıran tankerlər üçün gəmi sığortasına qadağa qoyub. Qadağa 2023-cü ildən qüvvəyə minəcək. Eyni zamanda, enerji daşıyıcısının üçüncü ölkələrə daşınması halında sığorta şirkətləri hələ də xidmət göstərə bilər.

Eyni zamanda Vaşinqtondakı mənbələr qəzetə bildiriblər ki, Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması məsələsi həll olunarsa, ABŞ və Böyük Britaniya ilin sonuna qədər gəmi sığortasını qadağan edə bilər.

Xatırladaq ki, Avropa İttifaqı altıncı sanksiyalar paketi çərçivəsində gəmilərin Rusiya nefti ilə sığortalanmasına tam qadağa tətbiq edib. Mövcud müqavilələrə dekabrın əvvəlinə qədər icazə verilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə