ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını bildirib, həmçinin bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini qeyd edib. “Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - deyə o qeyd edib.
ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. Dövlət başçısı qeyd edib ki, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB