Vuçiç Kosovadakı vəziyyətlə bağlı serblərə müraciət edib

Vuçiç Kosovadakı vəziyyətlə bağlı serblərə müraciət edib

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovonun şimalında yaranmış vəziyyətlə bağlı xalqa müraciət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçi bildirib ki, dinc dialoqun davam etdiriləcəyinə ümid bəsləyir.

“Gecəyarı NATO-nun himayəsi altında beynəlxalq missiya komandirinin “Serb siyahısı” Partiyasının lideri Qoran Rakiç və serblərin nümayəndələri ilə danışacağını gözləyirik. Dialoqun davam etməsi bizim üçün son dərəcə vacibdir və məsələləri sülh yolu ilə həll Etməyi qərara almışıq”, – dövlət başçısı vurğulayıb.

Vucic həmçinin beynəlxalq tərəfdaşları münaqişəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. Eyni zamanda, onun sözlərinə görə, maraqların hər hansı təslim olmasından söhbət gedə bilməz, sonda Serbiya qalib gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə