Rusiya OPEC+ üçün önəmlidir?

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yeni baş katibi Heysəm əl-Qais “Al Ra'i” qəzetinə vediyi müsahibəsində Rusiya kimi bir ölkənin təşkilatda olmasının, neft hasilatının azaldılmasına dair razılaşmanın uğurlu olması üçün çox vacib olduöunu deyib.

SİA bu barədə rus saytlarına istinad edir.

“Rusiya strateji tərəfdaşdır və ən böyük (enerji resursları) istehsalçılarından biridir. Bu ölkınin hasilatın azaldılması üçün OPEC+ ittifaqında bizimlə birlikdə olması sazişin uğuru üçün vacibdir”, - deyə baş katib bildirib.

Daha əvvəl enerji eksperti Dmitri Skryabin qeyd edib ki, OPEK-ə daxil olmayan ölkələr dünya bazarına neft tədarükünü artıra bilər, lakin onların əksəriyyəti ekoloji faktorla əlaqədar bunu edə bilmir. “OPEK-dən kənarda neft hasilatının əsas artım nöqtələri ABŞ, Norveç, Braziliya, Kanada ola bilər”, - deyə o, izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə