Zaxarova ABŞ-ın Rusiya ilə bağlı planlarını açıqlayıb

Zaxarova ABŞ-ın Rusiya ilə bağlı planlarını açıqlayıb

ABŞ Rusiyaya münasibətdə “çəkindiricilikdən məhvə doğru” konsepsiyasına əməl edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Rusiya Federasiyasının ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsi ehtimalını belə şərh edib.

Bundan əvvəl ABŞ Senatı Rusiya Federasiyasına belə statusun verilməsini tələb edən qətnamə qəbul edib. Eyni zamanda, qətnamə qanunvericilik qüvvəsinə malik olmadığından daha çox simvolik sənəddir. Siyahıya indi Kuba, Şimali Koreya, İran və Suriya daxildir.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, sənəd qəbul olunsa belə, Rusiya Federasiyasının bu siyahıya salınması onun üçün praktiki baxımdan çox az dəyişəcək.

Xatırladaq ki, bir müddət bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da Rusiyanı terrorizmin sponsoru kimi tanımaqdan imtina edib. O, Ukrayna rəhbəri Vladimir Zelenskinin Rusiyanı terrorizmin sponsoru elan etmək çağırışını dəstəkləməyib. Fransa lideri G7 sammitindən sonra mətbuat konfransında (ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada, Yaponiya) o, “belə bir metodologiyanı bölüşmədiyini” bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə