Qismən tanınan Kosovonun şimalında yerli serblər Priştinanın avtomobilləri və şəxsiyyət vəsiqələrini yenidən qeydiyyata almaq qərarına etiraz etmək üçün barrikadalar qurur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Avropa həqiqəti” ("Европейская правда") xəbər verir.
Barrikadaların tikintisini Kosovonun Şimal bölgəsi üzrə polis rəisinin müavini Besim Hoti təsdiqləyib.
"Varaq yaxınlığındakı Zubin Potokda və Rudarda yol blokadası olub. Belə görünür ki, bələdiyyənin xüsusi təyinatlılar tərəfindən bağlanacağı barədə yalan xəbər yayılıb, bu, tamamilə həqiqətə uyğun deyil".
Serb nəşri onu da əlavə edir ki, oxucular Kosovonun şimalında yolların bağlanması ilə bağlı digər hallarda da xəbər veriblər. Kosovonun şimalındakı ən azı iki şəhərdə də siren və atəş səsləri eşidilir.
Qeyd edək ki, KFOR sülhməramlılarının qərargahından “vəziyyətin izlənildiyi və məlumatlar toplandığı” bildirilib.
Onu da bildirək ki, Kosovonun şimalında bölgənin Serbiyadan ayrılmasına mənfi yanaşan etnik serblər yaşayır. Buna görə də onlar hələ də orada serb valyutasından istifadə edirlər və Serbiya vətəndaşlığına malikdirlər.
Serbiya və Kosovo arasında müqavilə müvəqqəti - 5 il müddətinə - Kosovonun şimallılarının neytral sənədlərdən və avtomobil nömrələrindən istifadəsini nəzərdə tutur. Keçid dövrünün çoxdan başa çatmasına baxmayaraq, Kosovo serblərini milli sənədlərə keçməyə məcbur etmək cəhdləri yalnız kütləvi etirazlara səbəb olub.
Bu dəfə, belə görünür ki, Kosovo öz məqsədinə çatmaq niyyətindədir - avqustun 1-dən neytral sənədlər və avtomobil nişanları artıq qüvvədə olmayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB