Prezident sarayının yaxınlığında atışma olub

Prezident sarayının yaxınlığında atışma olub

Haitidə, ştatın paytaxtı Port-o-Prins şəhərində, dövlət başçısının rəsmi iqamətgahı olan Milli Sarayın yaxınlığında silahlı dəstələrin toqquşması baş verib. TASS-ın Prensa Latina agentliyinə istinadən verdiyi məlumata görə, iğtişaşlar Karib hövzəsi respublikası ordusunun baş qərargahının binasının yerləşdiyi əraziyə də keçib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, toqquşmalarda ölən və yaralananlar barədə məlumat verilmir.

Bundan əlavə, Haitinin bir neçə böyük şəhərində baş nazir Ariel Henrinin istefası tələbi ilə etiraz aksiyaları keçirilib. Etirazçılar artan siyasi qeyri-sabitliyə son qoyulmasını, həmçinin ərzaq və yanacağın qiymətlərinin tənzimlənməsini tələb edirlər.

BMT-nin məlumatına görə, Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci il iyulun 7-nə keçən gecə ölkə prezidenti Jovenel Moise sui-qəsddən, habelə həmin ilin avqustunda baş verən və 2,2 nəfərdən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə