Qışda qaz problemi olmayacaq

Latviya hakimiyyəti əmindir ki, onların növbəti istilik mövsümü üçün kifayət qədər mavi yanacağı olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Latviyanın iqtisadiyyat naziri İlze İndriksone məlumat verib.

“İndiki hesablamalar göstərir ki, qaz Latviyada veriləcək. Biz istilik mövsümü üçün kifayət qədər həcmdə qazla təmin edəcəyik”, - deyə nazir LETA-ya bildirib. Onun sözlərinə görə, Riqa Rusiya Federasiyasından yanacaq tədarükünə hesablanmır. O, həmçinin əlavə edib ki, Baltikyanı ölkələrdə yerləşən İnçukalns anbarından qazın böyük həcmlərə baxmayaraq, birbaşa Latviyaya satılacağını hələlik söyləmək mümkün deyil.

Şənbə günü, iyulun 30-da “Qazprom” Latviyaya qaz nəqlini dayandırıb. Rusiya şirkəti bunu qazın çəkilmə şərtlərinin pozulması ilə izah edib. Sonradan məlum oldu ki, latviyanın “Latvijas gaze” operatoru Rusiya qazını almağa davam edir, lakin bunu Moskvanın istədiyi kimi rublla deyil, avro ilə vasitəçi vasitəsilə həyata keçirir.

\Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə