ABŞ Dövlət Departamentinin sözçüsü Andrea Kalan ABŞ Konqresinin Rusiya Federasiyasının terrorizmin himayədar dövləti kimi tanınması üçün kriteriyaların yaradılması üzərində işlədiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə FreeDOM marafonunun efirində bildirib.
“Terrorun sponsorluğuna gəldikdə, ... meyarlar var. Biz bir ölkəni terrorizmin sponsoru adlandırmaq üçün bu meyarları müəyyənləşdirməliyik. Konqresimiz bu meyarları müəyyən edəcək”-deyə Kalan bildirib.
Maraqlıdır ki, Kalan bunun, Rusiyaya qarşı sanksiyaların şiddətinə o qədər də təsir etməyəcəyini də bildirib.
Qeyd edək ki, ABŞ Senatı Dövlət Departamentini Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. Qətnamə iyulun 27-də keçirilən səsvermə zamanı yekdilliklə qəbul edilib.
Yeri gəlmişkən, Prezident Zelenski qətnaməni yekdilliklə təsdiqləyən ABŞ senatorlarına təşəkkür edib.
Dünyada Rusiyadan artıq heç kim terrora sərmayə qoymadığını deyən Ukrayna rəhbəri buna hüquqi cavab verilməməsi üçün heç bir rasional səbəb olmadığını da bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB