Rumıniya mətbuatına müsahibə verən Moldova prezidenti Maia Sandu moldovalıların inflyasiyadan narazılığı və ümumi yaşayış səviyyəsinin aşağı düşməsini respublikadakı rusiyayönlü qüvvələrin guya ölkə hökumətini devirmək istəyi ilə əlaqələndirib.
Təbii ki, burada guya kəlməsini rus saytları xüsusi olaraq işlədib və əlavə ediblər ki,.. Maia Sandu bunları desə də, amma əlində heç bir sübutu-filanı yoxdur. Əgər olsaydı, təqdim edərdi. SİA bu barədə rus saytlarına istinad edir.
Sandunun sözlərinə görə, rusiyayönlü qüvvələr, eləcə də onlarla ümumi cəbhə kimi çıxış edən kriminal və korrupsioner qruplar “bu hökumətdən qurtulmaq” qərarına gəliblər. Bundan əlavə, o, eyni qrupların ümumilikdə islahatlar prosesini, xüsusən də məhkəmə islahatlarını dayandırmaqda qərarlı olduqlarını bildirib.
Moldovada rusiyayönlü qüvvələr altında onlar adətən Rusiya Federasiyası ilə tərəfdaşlığı davam etdirməyi və respublikanın rusdilli əhalisini müdafiə etməyi nəzərdə tuturlar.
Qeyd edək ki, mayın ortalarından bəri ölkədə qaz və ərzaq qiymətlərinin artırılmasına qarşı solçu partiyalar hökumətin istefası və növbədənkənar parlament seçkiləri ilə bağlı mitinqlər keçirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB