Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rinkeviç Avropa İttifaqını Rusiya Federasiyası vətəndaşlarına turist vizalarının verilməsini qadağan etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Avropa İttifaqının Rusiya Federasiyası vətəndaşları üçün turist vizalarına qadağa tətbiq etmək təklifini təkrar edirəm”. Qeyd edildiyi kimi, bu fikirləfi Latviya Xarici İşlər Nazirliyinin rəhbəri səsləndirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Latviyanın Dövlət Təhlükəsizlik Xidməti Latviya ərazisinə daxil olan Rusiya vətəndaşlarından Ukraynada keçirilən xüsusi hərbi əməliyyatı pisləyən sənəd imzalaması tələb olunduğu, sənədi imzamayanların ölkəyə buraxılmayacağı bildirilmişdi.
Yeri gəlmişkən, yenə də bundan əvvəl Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Avropa İttifaqı ölkələrinə rusların ölkəyə girişini bağlamağı təklif etmək istədiyini bildirmişdi.
Qeyd edək ki, Estoniya artıq yeni vizaların verilməsini dayandırıb, lakin Rusiya vətəndaşlarına əvvəllər verilmiş icazələrlə onlar hələ də gəlməkdə davam edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB