Almaniyanın OBI GmH 27 şirkəti rusiyalı investorlarla Rusiya Federasiyasında yerləşən məişət malları mağazalar şəbəkəsi olan OBI-nin satışına dair müqavilə imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, səhmlərin 40 faizi “Max” investisiya və tikinti şirkətləri qrupuna (GISK Max), qalan 60 faizi isə sahibkar İosif Liokumoviçin payına düşəcək.
Əməliyyat məbləği 1 avro təşkil edib. Nəşr qeyd edir ki, sonradan GISK Max öz biznesinin bir hissəsini “üçüncü tərəflərə” sata bilər.
Xatırladaq ki, şirkətin Rusiya Federasiyası ərazisindəki bütün satış məntəqələrinin işi OBI tərəfindən mart ayında dayandırılmışdı. Rusiyada şirkətin 27 təsərrüfat malları mağazası və 5000-ə yaxın işçisi var idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB