Bryansk vilayəti atəşə tutulub

Bryansk vilayətinin Lomakovka kəndi yenidən Ukrayna tərəfindən atəşə tutulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

“...Bu gün səhər saatlarında Ukrayna ərazisindən Starodubsky bələdiyyə rayonunun Lomakovka kəndi artilleriya atəşinə tutulub”. Qeyd edək ki, qubernator bunu Teleqram kanalında yazıb.

Boqomazın yazdığına görə, atəş nəticəsində vilayət əazisindəki elektrik yarımstansiyası və bir neçə evə ziyan dəyib, xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bir gün əvvəl vilayət qubernatoru Saçkoviçi qəsəbəsinin atəşə tutulması barədə məlumat vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə