Respublikaçılar Partiyası ABŞ Konqresinin aşağı palatasına Lend-Lease proqramı çərçivəsində Tayvana hərbi yardım haqqında qanun layihəsi təqdim etməyə hazırlaşır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “FoxNews” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, normanın müəllifləri deputat Maykl Stil və senator Marşa Blekbern olub. Qanun layihəsi çərçivəsində ABŞ prezidenti Cozef Baydenə Tayvanı “Lend-Lease” çərçivəsində avadanlıq və silahlarla təmin etmək səlahiyyətinin verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ayrılan vəsait 12 il ərzində ödənilməlidir.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə hərbi büdcənin artırıldığı bildirilirdi. Həmçinin, ABŞ Ordusu Ukraynaya böyük tədarük etdiyi üçün silahsız qaldığı da gizlədilmir.
Məlumdur ki, ABŞ və Avropa İttifaqı ölkələri Rusiyanın xüsusi əməliyyatı başlayandan Ukraynaya silah və hərbi texnika verir.
...Aprelin ortalarında Çin hakimiyyəti Tayvan ərazisində hərbi təlimlər keçirmək qərarına gəlib və təbii ki, bu addım ABŞ-ın “səhv siqnallarına” qarşı yönələcək.
Vaşinqton isə öz növbəsində Tayvana ÇXR-in cavabı üçün daha uyğun olacaq silahlar almasını israr edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB