İstanbulun Asiya tərəfində geniş yaşayış məskəni olan Üsküdarda hələ ki, səbəbi məlum olmayan, əslində isə hadisənin münaqişə ehimal edilən bir erməni öldürülüb.
Amma türkiyəli parlamentari cinayətin etnik ədavət zəminində törədildiyini istisna etmir.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin üzvü Karo Paylan Üsküdarda gənc erməni Arlenə hücumla bağlı məlumat verib. Millət vəkilinin “twitter” hesabında yazdığına görə, ona beş nəfər hücum edib.
O qeyd edib ki, hücum oğlanı öldürmək məqsədi ilə həyata keçirilib.
Paylan cinayətin nifrətdən qaynaqlandığını istisna etmir. “Arleni erməni olduğuna görə döyüb öldürüblər?”
Maraqlıdır ki, Paylan elə belə də yazıb.
Xatırladaq ki, ötən gün Türkiyədə, əsasən də İstanbulda 80-90 min xristian ermənisi yaşayır. Qeyri-rəsmi məlumatlara görə, müsəlman ermənilərin sayı 400 min nəfərə yaxındır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB