...Milli İnformasiya Bürosu zorla Rusiya Federasiyasına deportasiya edilmiş 5600-dən çox uşağın müəyyən edildiyini açıqlayıb.
Ukrayna Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən mesajda qeyd edildiyi kimi, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko bildirib.
"Bu günə olan məlumata görə, yüz minlərlə ukraynalı təcavüzkar ölkəyə zorla deportasiya edilib. Milli İnformasiya Bürosunun məlumatına görə, Rusiyaya zorla deportasiya edilən 5600-dən çox uşaq artıq müəyyən edilib. Faktiki rəqəm daha çoxdur. Bu gün isə Bu uşaqların qaytarılması mexanizmi üzərində iş aparılır”, - deyə o qeyd edib.
Pavliçenkonun sözlərinə görə, mayda Ukrayna Operativ Qrupu Europol bazasında işə başlayıb. O, Avropada, eləcə də təcavüzkar ölkələr - Rusiya və Belarusda müvəqqəti köçkünləri müdafiə etməyə çalışır. Qrupun lideri Avstriyadır, onun tərkibinə Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Moldova, Polşa, Rumıniya və Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir.
“...Bu gün qrup nümayəndələrinin növbəti iclasıdır. Buraya Ukrayna ilə yanaşı, Latviya, Estoniya və Finlandiyadan da hüquq-mühafizə orqanlarının əməkdaşları dəvət olunub. Qrupun gündəliyində duran məsələlərdən biri də məcburi qovulma nəticəsində zərər çəkmiş vətəndaşların müəyyənləşdirilməsidir”.-deyə nazir müavini bildirib.
Pavliçenko onu da əlavə edib ki, miqrasiya polisi nümayəndələrinin beynəlxalq xüsusi əməliyyatlarda iştirakının nəticələrinə əsasən, Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsi “İnsan alveri” ilə 12 cinayətin üstü açılıb ki, onlardan da üçü uşaq alveridir.
Deyilənə görə, ruslar Zaporojye sakinlərini Ukraynayönümlü mövqelərinə görə deportasiya etməklə hədələyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB