Əla, bomba...lap elə fışqıqıq...

Əla, bomba...lap elə fışqıqıq...

ABŞ dövlət katibi Entoni Blinken brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarının nəticələrini açıqlayıb. Tərəflər beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Qeyd olunur ki, Moskva və Vaşinqton əsirlərin mübadiləsi ilə bağlı fəal danışıqlar aparır. Rusiya biznesmen Viktor Butun ABŞ-a qayıtmasında maraqlıdır. ABŞ Olimpiya çempionu Britni Qrineri Rusiya həbsxanasından azad etməyə çalışır.

Əla, bomba...lap elə fışqıqıq...

Deyim ki, Blinken ünsiyyətin “səmimi və birbaşa” olduğunu da vurğulayıb. Tərəflər xüsusilə əsirlərin mübadiləsini müzakirə ediblər. Bundan əlavə, amerikalı siyasətçi Lavrova Ukrayna regionlarının Rusiya Federasiyasına daxil olmasının nəticələri barədə xəbərdarlıq edib. O izah edib ki, bu halda ABŞ Moskvaya qarşı əlavə məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri öz növbəsində vurğulayıb ki, “Rusiya Federasiyasının xüsusi əməliyyatının məqsədlərinə nail olunacaq”(?)

Yeri gəlmişkən, ABŞ Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın məhbus mübadiləsi ilə bağlı danışıqlar aparmaq qərarını yüksək qiymətləndirib.

Amerikalı rəsmiu onu da qeyd edib ki, “...əgər Lavrov açıq şəkildə dinləməyə hazır olduğunu deyirsə, bu yaxşı əlamətdir”.

Vunu da “RİA Novosti” xəbər verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə