Yataqxanada yanğın zamanı 8 nəfər ölüb...

...xəsarət alanlar da var
Yataqxanada yanğın zamanı 8 nəfər ölüb...

Rusiyanın paytaxtı Moskvanın cənubunda, Alma-Atı küçəsində yerləşən yataqxanada 100 kvadratmetr sahədə yanğın olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

“Alma-Atı küçəsi, bina 7, 2-vi korpusun 2-ci mərtəbəsindəki yataqxanada yanğın baş verib. Alov 100 kv.m sahəni əhatə edib”, – agentliyin həmsöhbəti bildirib.

Mənbə bildirib ki, yanğın otaqların icarəyə verildiyi birinci mərtəbədə başlayıb. Hazırda yanğının qarşısı alınıb.

“Hazırda 8 nəfərin öldüyü müəyyən edilib, daha 3 nəfər həkimlər tərəfindən müayinə olunur. Dağıntıların təmizlənməsi davam edir”, – mənbə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com