Argentina, Braziliya və Meksika Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatı pisləməklə bağlı Amerika ölkələrinin mövqeyinə qoşulmaqdan imtina ediblər.
SİA TASS-a istinadən xəbər verir ki, bu cümə axşamı Braziliyada keçirilən Amerika Müdafiə Nazirlərinin 15-ci Konfransının yekunlarına əsasən qəbul edilmiş bəyannamədən də məlum olub.
Sənədə əsasən, Argentina və Braziliya “öz beynəlxalq siyasətini tənzimləyən prinsiplərə uyğun olaraq” BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində rolunu tanıyır və “bu təşkilatı Ukraynadakı münaqişənin həlli üçün müvafiq səlahiyyətlərə malik platforma hesab edirlər”.
Meksika da öz növbəsində hesab edir ki, Ukraynadakı vəziyyət CMDA-nın səlahiyyətinə aid deyil və BMT-nin rolu ilə bağlı Argentina və Braziliyanın fikrinə qoşulur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB