İranda daşqınlar nəticəsində 4 nəfər ölüb

İranda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
İranda daşqınlar nəticəsində 4 nəfər ölüb

Dünən axşam saatlarında yağan yağış paytaxt Tehran və ətrafında həyatı ifliç edib. İmamzadə Davud rayonunda leysan yağışların səbəb olduğu sel fəlakəti 4 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnib. Çox sayda adam itkin düşüb. SİA-nın əldə etdiyi məlumata görə, ərazidə axtarış və xilasetmə fəaliyyətləri başladılıb.

Təbii fəlakətdən sonra Daxili işlər naziri Əhməd Vahidi, İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivend, Tehran valisi Muhsin Mənsuri və bələdiyyə sədri Əli Rıza Zəkani, Təcili Yardım Mərkəzinin rəsmiləri fövqəladə iclas keçirib.

Prezident İbrahim Rəisi Daxili İşlər Nazirliyi, Tehran Valiliyi və Qızıl Aypara kimi müvafiq qurumlara xilasetmə əməliyyatlarını sürətləndirmək və daşqından zərər çəkən vətəndaşlara lazımi köməklik göstərmək üçün bütün vasitələri səfərbər etmələri barədə təlimat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə