Çinin sədri və ölkənin Kommunist Partiyasının Baş katibi Ci Çzinpinq, Tayvan bölgəsində artan gərginlik fonunda ABŞ prezidenti Cozef Baydenə xəbərdarlıq etdi: “odla oynayanlar yanacaqlar”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Çin lideri Tayvan məsələsində “Çinin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək” niyyətini açıqlayıb. Onun sözlərinə görə, Çin adanın elan edilmiş müstəqilliyini tanımır.
Bayden, öz növbəsində, ABŞ-ın “vahid Çin” siyasətinə sadiq qalacağına inandırıb. Bununla belə, agentlik qeyd edir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada söhbət əvvəlki çağırışlardan fərqli olaraq qəti şəkildə “konstruktiv” adlandırılmayıb.
Qeyd edək ki, Çin və ABŞ arasında gərgin münasibətlər bir neçə ildir ki, davam edir. Belə ki, Donald Trampın prezidentliyi dövründə Vaşinqton Pekinə sanksiya təzyiqini Tayvan məsələsinə görə artırməşdı. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin yaxın vaxtlarda adaya səfər etmək planı ilə bağlı son vaxtlar Tayvan ətrafında vəziyyət gərginləşib.
Qeyd edək ki, Çin Xalq Respublikası Tayvanın eyniadlı ÇXR-in inzibati vahidinin bir hissəsi olduğu nöqteyi-nəzərdən adaya öz hüquqlarını iddia edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB