"Putinin Ukrayna ilə bağlı heç bir məqsədi və strategiyası yoxdur"

"Putinin Ukrayna ilə bağlı heç bir məqsədi və strategiyası yoxdur"

Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibə ilə bağlı heç bir məqsədi və strategiyası yoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu fikri “DW”-yə müsahibəsində Kanada Hərbi, Kəşfiyyat və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin tədqiqatçısı Filip Ammon söyləyib.

O hesab edir ki, Rusiya Federasiyası şəraitə uyğun hərəkət edir: “Bundan çıxış etmək yerinə düşərdi ki, periferiyada münaqişələrin olmaması Rusiyanın maraqlarına uyğundur.Amma mən bu istiqamətdə aktiv diplomatik səylər görmürəm. İndi bir çox insanlar Putinizmdən və onunla bağlı hansısa ideologiyadan danışır.Amma məndə belə təəssürat yaranır ki, bu, daha çox mənasız fəaliyyətdir”.

“...Əlbəttə,.. məqsəd var - maksimum: imperiyanı bərpa etmək, amma əslində bunlar sadəcə xəyallardır. Putin hakimiyyətə gəldikdən sonra qarşısına ölkəni modernləşdirməyi məqsəd qoyub, lakin Ukraynadakı müharibə buna gətirib çıxarır. əks istiqamətdə Putinin hərəkətləri sayəsində Rusiya Çinin xammal bazasına çevrilir”-deyə ekspert yekunlaşdırıb.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Avropa İttifaqının Putinlə qaz razılaşmasına gedə bilməməsinin səbəbini izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə