ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacağını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS diplomatın Dövlət Departamentində keçirdiyi brifinqdə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Amerika xarici siyasət idarəsinin rəhbəri danışıqların dəqiq nə vaxt aparılacağını dəqiqləşdirməyib, lakin yaxın günlərdə danışıqların aparılacağı da istisna edilmir.
Blinken danışıq zamanı Ukraynanı müzakirə etməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, söhbət Rusiyada saxlanılan amerikalıların taleyi və Ukrayna taxılının ixracı ilə bağlı olacaq.
Qeyd edək ki, əgər baş tutarsa, bu, Blinkenlə Lavrov arasında Rusiya xüsusi əməliyyatı başlayandan bəri ilk danışıqlar olacaq.
Lavrov bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin G20 sammitində iştirak etdiyi üçün nazirlərin qrup şəklində çəkilişində iştirak etmək istəməməsinə reaksiya verib.
“Mənimlə görüşlər, mənimlə şəkil çəkdirməyəcəkləri ilə bağlı açıqlamalara gəlincə, mən heç kimi şəkil çəkdirməyə dəvət etməmişəm. Mən heç kimi heç yerə dəvət etməmişəm”, - deyə Lavrov İndoneziyanın onu sammitə dəvət etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB