ABŞ Polşaya “F-22 Raptor” qırıcılarını göndərib

ABŞ Polşaya “F-22 Raptor” qırıcılarını göndərib

ABŞ Hərbi Hava Qüvvələri Polşanın Lask taktiki aviabazasına beşinci nəsil “F-22 Raptor” qırıcılarını göndərib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İnsider” xəbər verir.

Nəşrin məlumatına görə, təyyarələr ölkənin Rusiya təhdidlərindən havadan müdafiəsi üçün nəzərdə tutulub.

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin əməliyyatlar üzrə rəis müavini, briqada generalı Kristof Pliet bildirib ki, missiyanın məqsədi Rusiyanın istənilən mümkün təcavüzünün qarşısını almaq və ondan qorunmaqdır.

Təyyarələrin sayının ona yaxın olduğu qeyd edilir. Onlar Alyaskadakı Elmendorf-Riçardson Birgə Bazasından gəldikləri Britaniyanın Lakenheath aviabazasından yola düşürlər.

Qeyd edək ki, bundan əvvəl Polşaya F-15 qırıcılarının göndərildiyi bildirilirdi.

Yeri gəlmişkən, Polşa ölkəsinin Hərbi Hava Qüvvələrində xidmətdə olan köhnəlmiş Sovet “Su-22” qırıcılarını əvəz etmək üçün Cənubi Koreyanın “48 FA-50” döyüş təlim təyyarəsi almağa qərar verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə