Filippinin Luzon adasında 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 102 min nəfərdən çox əhalisi olan Laoaq şəhərindən 83 kilometr cənub-şərqdə olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB